Ukrayna Premyer Liqasında 16-cı tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, turun son oyununda milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma azarkeşləri önündə Kiyev "Dinamo"sunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Paşayev meydana 77-ci dəqiqədə - hesab 2:1 daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 33-ə çatdıran "Aleksandriya" ikinci pilləyə yüksəlib. Bu komandanı lider "Şaxtyor"dan 8 xal ayırır. "Dinamo" isə 32 xalla 3-cüdür.
