Klassik musiqi dinləməyin yararlı olduğunu bəlkə daha öncə eşitmisiniz. Bəs, həqiqətən klassik musiqi dinləmək bizlər üçün faydalıdır? Əgər elmi araşdırmalara baxarsaq, sualın cavabı "bəli"dir. Araşdırmalara görə, klassik musiqi dinləməyin bir çox fiziki və mənəvi faydası var.
Milli.Az moneta.az-a istinadən bildirir ki, günümüzdə klassik musiqi digər musiqi növləri ilə müqayisədə kölgədə qalmış kimi görünsə də, klassik musiqi dinləmək ağıllı seçim olacaqdır. Onsuz da bir müddət qulaq asdıqdan sonra yavaş-yavaş notların təsiri altına düşəcəksiniz və klassik musiqinin artıq sizin üçün xüsusi yeri olacaq.
Dəyər verilməsi lazım olan bu musiqi növünün bizlər üçün faydalarını 5 maddədə təqdim edirik:
1) Qan təzyiqini aşağı salır.
Oksford Universitetində aparılan bir araşdırmada iştirakçılara pop, rep, texno kimi fərqli növlərdə musiqilərə qulaq asdırılıb və digər musiqi növlərinin qan təzyiqini artırarkən, klassik musiqinin qan təzyiqini effektiv bir şəkildə azaltdığını müşahidə edilmişdir.
Əgər ürək sağlamlığınıza dəyər verirsinizsə, daha çox klassik musiqi dinləyin və damarlarınızdakı qanın daha rahat axıb getdiyini hiss edin.
2) Stresi azaldır və depresiya ilə mübarizə aparmağınıza köməklik edir.
Axşam evə gəldiniz və özünüzü olduqca stresli hiss edirsiniz? Youtube-da sevdiyiniz bir klassik musiqi əsərini açın və dinləyin. Aparılan bir araşdırmaya görə, hamilə ikən klassik musiqi dinləyən qadınların hamiləlik dövrünü daha az streslə keçirdikləri müşahidə olunmuşdur.
Klassik musiqinin ürək döyüntüsü ilə bənzər bir tempdə olmasının, həyəcan və depresiyya kimi vəziyyətlərdən çıxmağımızı rahatlaşdırdığı da elm adamları tərəfindən sübut edilmişdir.
3) Hafizəni gücləndirir.
Hafizəni gücləndirməyin onlarla yollarından biri də Motsartı dinləməkdir. Aparılan bir araşdırmada, Motsart dinləyən insanlarda hafizə ilə bağlantılı olan beyin dalğalarında artım olduğu müşahidə edilmişdir. Əgər dünən yediyinizi yaddan çıxartmaq istəmirsinizsə, bir az Motsart dinləmək heç də pis bir fikir deyil.
4) Yuxu problemlərinə kömək edir.
Yuxu problemləri günümüzün ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. "Bir az da seriala baxım, yuxum gəlsə yataram" deyənlərdənsinizsə, dah effektiv və maraqlı bir məsləhətimiz var: klassik musiqi dinləyin. Aparılan bir araşdırmaya görə, yatmadan öncə 45 dəqiqə klassik musiqi dinləmək yuxu keyfiyyətinizi artırır.
5) Məhsuldarlığı artırır.
Hamımızın məhsuldar işləməklə bağlı tez-tez çətinlik çəkdiyimiz anlar olur. Əsasən, həftənin başlanğıcında bu problemlə daha çox qarşı-qarşıya qala bilirik. Klassik musiqi dinləmək bu problemi aşmada bir az da olsa köməklik edə bilir. Belə ki, Merilənd Universitetində aparılan bir araşdırma iş yerində çalınan klassik musiqinin işçilərin məhsuldarlığını artırdığı ortaya çıxartdı.
Klassik musiqinin faydalarını öyrəndiyimizə görə bir neçə klassik musiqi əsərini də sizlərlə paylaşmaq istəyirik:
• Johann Sebastian Bach - Air on the G String
• Ludwig van Beethoven - Sonata No. 14 "Moonlight" - First movement
• Frederic Chopin - Berceuse in D flat opus 57
• Claude Debussy - Claire de Lune
• Gustav Mahler - Symphony No. 5 - Adagietto
• Wolfgang Amadeus Mozart - Piano Concerto in C major K 467 - Second movement
• Bela Bartok - Piano Concerto No. 3 - Second movement
