Amerikanın gənc müğənnisi Laura Avila estetik əməliyayt qurbanı olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşl ifaçı burun əməliyyatı üçün getdiyi Meksikada həyatını itirib.
Bıçaq altına yatan sənətçiyə narkoz verilib və bu onun beyninə pis təsir edib. Əvvəlcə infakt keçirən Laura, sonradan komaya düşüb və vəfat edib.
Avilanın nişanlısı Enriki Krusun sözlərinə görə, müğənninin ölümündə həkimlər günahkardır. Belə ki, əməliyyatdan öncə həkimlər Lauranın təzyiqinin aşağı olduğunu desələr də, onu elə həmin halı ilə əməliyyata aparıblar. Enriki Meksikada yerləşən həmin xəstəxananı məhkəməyə verməyə hazırlaşır.
Qeyd edək ki, Texasın Dallad şəhərində yaşayan Laura əməliyyatı ucuz başa gəlsin deyə Meksikaya gedib.

