ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaa Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirib.
Trend-in Suriyanın "SANA" agentliyinə istinadən verdiyi məlumata görə, hava zərbələri Hacin şəhəri yaxınlığınad yerləşən Əş-Şafa yaşayış məntəqəsinə endirilib.
Hava zərbələri nəticəsində azı 11 dinc sakin həlak olub.
Agentlik qeyd edir ki, koalisiyanın təyyarələri İŞİD-in bazalarına hücum edərkən dinc sakinlərin evlərinə zərbələr endirirlər. Noyabr ayında hava zərbələri nəticəsində azı 30-u uşaq olmaqla 100-dən artıq dinc sakin ölüb və ya yaralanıb.
