Keti Topuriyə xəyanət edən reper Aleks Dolmatovun (Quf) sevgilisi hamilədir.
Axşam.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda 18 yaşlı Yana Şevsova açıqlamasında deyib. "Youtube"da canlı yayıma girən Yana hamilə olduğunu açıqlayıb. O, övladının atasının Quf olduğunu etiraf edib.
Yana bildirib ki, Qufa əsəbidir, buna görə də uşağı dünyaya gətirməyi düşünmür. Aleks bunla bağlı açıqlama verməkdən qaçıb.
Topuri isə suallara "Çoxdandır Qufla münasibətimiz yoxdur" cavabını verib.
Qeyd edək ki, reper Yekaterinburqda yaşayan 18 yaşlı qızla Keti ilə sevgili olduğu ərəfədə görüşüb. Reperin qızla cinsi əlaqədə olmasını etiraf etdiyi video nümayiş olunub. Eyni zamanda görüntüdə qızın onu sevgilisinə satacağı ilə təhdid etdiyi yer alıb. Yaxınlarının dediyinə görə Yana adlı qız reperlə 16 yaşı olanda tanış olduğunu bildirib.
