Məşhur rusiyalı prodüser Bari Alibasov yenidən evlənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl aktrisa Lidiya Fedoseva Şukşina ilə nikah masasına oturub.
Qeyd edək ki, 1990-vı ildə cütlük vətəndaş nikahında yaşayıb. Bu dəfə isə onlar rəsmi olaraq nikaha giriblər. 71 yaşlı prodüser və 80 yaşlı aktrisa xoş gününü dostları ilə bölüşüb. Toy günü barinin "Na-Na" qrupu da onu tək qoymayıb.
