Müğənni Sinan Akçıl verilişlərdən birinə qonaq olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı açıqlama verib. Aktrisa Burcu Kıratlı ilə eşq yaşayan Akçıl bu sözləri deyib:
“İlk dəfə burada açıqlayıram. Evlənirəm. Çox xoşbəxtəm. heç bir münasibətimdə evlənirəm deməmişəm. amma bu dəfə başqadır”.
Qeyd edək ki, müğənninin sevgilisi Burcu hazırda “Aşk ve mavi” serialında rol alır.


