|
Keçmiş sevgilisi haqda suala cavab vermədi

Xəbər verdiyimiz kimi, aktyor İlker Kaleli və Burçin Terzioğlu ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün kameraların hədəfinə tuş gələn Burçin İlker haqda suallara cavab verməkdən imtina edib:

“Hər kəs ayrıldığımızı bilir. Birlikdə olanda da danışmırdım. İndi də danışmayacam”.

“Poyraz Karayel” adlı serialda tanış olub eşq yaşamağa başlayan ikili münasibətini sentyabrda bitirib.

Qeyd edək ki, cütlük 4 ilə yaxındır sevgili idi.