|
“Müslüm”ün bu səhnəsi gerçək deyilmiş

Çəkildiyi vaxtdan 1 ay keçsə də izlənmə rekordu qıran “Müslüm” filminin səhnələrindən biri gerçək deyil.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Müslüm Gürsesin atası Mehmet Akbaşın  qızı və xanımını öldürdüyü səhnənin həqiqəti əks etdirmədiyi ortaya çıxıb.

29 may 1969-cu ildə Adanada yaşanan hadisədə Akbaş boşandığı xanımı Emine Demirdöveri oğlu Ahmeti ona vermədiyi üçün öldürüb və 20 il həbsdə olub.

Amma baş verənlər həqiqətdə olduğu kimi canlandırılmayıb. Belə ki, filmdə Mehmetin xanımını bıçaqladığı, bələkdə olan qızını isə divara vuraraq öldürdüyü göstərilib.

İddialara görə, Mehmet Akbaşın heç vaxt qızı olmayıb. 

 

Yayılan xəbərlər bağlı filmin rejissoru hələ ki, heç bir açıqlama verməyib.