Kristina Asmus tez-tez sosial şəbəkədə ona ünvanlanan suallara cavab verir.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu dəfə isə aktrisa özü haqda faktları açıqlayıb. Kristina televizora heç vaxt baxmadığını bildirib:
"Çiy ətə nifrət edirəm. Manükürü və isti vanna qəbul etməyi çox sevirəm".
Asmus fransiz aktyor Alen Delonla görüşünü də xatırlayıb. "Alen Delonla Paris küçələrindən birində öpüşmüşəm" deyə, aktrisa qeyd edib.
