|
Bakıda qadını döyərək pulunu alan şəxs tutulub

Bakıda qadını döyərək pulunu alan şəxs tutulub.

 

DİN-dən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadını döyərək quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılıb.