|
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir

Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin əlaqələrinin böyük tarixi var.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Baş Qərargah rəisi ilə üçtərəfli görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia deyib.

O bildirib ki, hər üç dövlət regionda strateji tərəfdaşdır: "Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir. Biz başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür".