|
Ankara Xaşkacinin qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər

Türkiyə jurnalist Camal Xaşkacinin qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

M.Çavuşoğlunun sözlərinə görə, bu addım Səudiyyə Ərəbistanı ilə jurnalistin ölümünün araşdırılmasındakı əməkdaşlığda irəliləyiş olmadığı halda atılacaq: "Hazırda bu əməkdaşlıq görmək istədiyimiz səviyyədə deyil".