|
Dəmiryolu Vağzalında bilet böhranı - Foto
Bakı Dəmiryol Vağzalında gərginlik yaşanır. 
Hazırda Bakı Dəmiryol Vağzalında bayramla əlaqədar gərginlik yaşanır. Belə ki, biletsiz sərnişinlər rüşvət müqabilində qatarlara buraxılır. Bakı-Astara istiqamətində hərəkət edən qatarlarda isə vəziyyət daha dözülməzdir. Biletin qiyməti 5 manat olduğu halda, qatar bələdçiləri biletsiz sərnişinlərdən 10 manat tələb edir. Bundan başqa, biletsiz sərnişinləri vaqonlara yerləşdirən bələdçilər onunların yolçuluğuna da əngəl yaradır. 
Əməkdaşımız xəbər verir ki, sərnişinlər bir yerdə 3 nəfər olmaqla yol getməyə məcbur edilir. Ən dəhşətlisi isə odur ki, sərnişinlərin bir çoxu 10 saatlıq yolu ayaq üstə getmək məcburiyyətində qalıblar. /arqument.az/
 
 
  • Dəmiryolu Vağzalında bilet böhranı  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir339/img1770043.jpg' target='_blank'>Yüklə</a>
  • Dəmiryolu Vağzalında bilet böhranı  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir339/img1770044.jpg' target='_blank'>Yüklə</a>