Amerikanın Corciya ştatının Rinkon şəhərində ailəvi cütlük pulla dolu çanta tapıb və onu ailəsinə geri qaytarıb. Bu barədə WSB-TV xəbər verib. İnkassator çantasını Cef və Mişel Qrin tapıblar və onun içində 25 min dollar olub. Cütlük bu pulu polisə qaytarıb.
Həmin vaxta qədər polisdə bu itki barədə məlumat var idi. Bundan öncə mağazanın sahibi Qutambhay Patel polisə məlumat vermişdi ki, içi pulla dolu çanta itirib. Polisdə araşdırma aparılıb və ümid ediblər ki, anlaqlı vətəndaşlar bu pulu tapacaqlar. Rinkon polis departamenti hər iki tərəfin görüş fotosunu departamentin facebook səhifəsində dərc edərək bildirib ki, qanun da, vicdan da itmiş pulun sahibinə qaytarılmasını tələb edir. 14 noyabrda xəbər verildi ki, Rumıniyanın Bikici kənd sakini satın aldığı köhnə şkafda 95 min avro pul tapıb. Kişi o pulun qanuni sahibini tapıb və pulu ona qaytarıb.
