"Real" qapıçısı Keylor Navasla yeni müqavilə imzalamağa hazırlaşır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu 31 yaşlı qolkiperlə 2020-ci ilin yayında başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmağı planlaşdırır. Navas bu təklifə müsbətcavab verəcəyi təqdirdə, illik maaşı 4 milyon avrodan 5 milyon avroya yüksəldiləcək.
Qeyd eək ki, K.Navas 2014-cü ildən "Real"da oynayır.
