|
Rəşad Sadıqov A millinin düşərgəsində

U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Kosovoya gedib.

Qol.az-ın məlumatına görə, o, uzun illər kapitanı olduğu əsas yığmaya həlledici matçda dəstək olmaq üçün bu addımı atıb. R.Sadıqov görüşün keçiriləcəyi Fadil Vokrri stadionunda oyuna baxacaq.

 

Qeyd edək ki, Kosovo – Azərbaycan  qarşılaşması bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.