|
Beynəlxalq müsabiqənin qalibi: Müslüm Maqomayev vokal sənətində bizim üçün dahilik təcəssümüdür

Müslüm Maqomayev vokal sənətində bizim üçün dahilik təcəssümüdür.

Bu fikri açıqlamasında Ukraynanın Truskavets şəhərində keçirilən dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş I Beynəlxalq vokal mahnı müsabiqəsinin qalibi ukraynalı gənc Nikita Bortsov söyləyib.

“Mən uşaqlıqdan onun vurğunu olmuşam. Məhz vokal sənətində onu dinləyə-dinləyə böyümüşəm. Ağlıma belə gəlməzdi ki, nə zamansa belə bir əfsanəvi musiqi korifeyinin xatirəsinə həsr olunmuş mahnı müsabiqənin qalibi ola bilərəm”, - deyə Bortsov əlavə edib.

Onun sözlərinə görə, müsabiqə çox gözəl təşkil olunub. Burada günəşli Azərbaycanın isti və qonaqpərvərliyi yaddaşımızda xüsusi iz buraxdı.