|
Bakıda marşrut avtobusu qəzaya düşdü, sürücü öldü

Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

 

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.