|
Çində 30-a yaxın avtomobil zəncirvari qəza törətdi - Ölənlər var

Çinin mərkəzi hissəsindəki Henan əyalətində 28 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 3 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

 

Qeyd olunur ki, hazırda hadisə yerində xilasetmə işlər aparılır.

Zəncirvari qəzaya qatı dumanın səbəb olduğu deyilir.