Moldova millisi UEFA Millətlər Liqasında son oyununu keçirib.
"Səbail" və “Zirə”nin hücumçuları Yevgeni Koçukla Aleksandr Dedovun şərəfini qoruduğu komanda doğma meydanda Lüksemburqla üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Zirə"nin futbolçusu Dedov sona 8 dəqiqə qalmış meydana daxil olubsa, Koçuk ehtiyatda qalıb.
Qeyd edək ki, bu heç-heçədən sonra Moldova 9 xalla qrupu 3-cü pillədə başa vurub.
