|
Növbəti mövsümdən İngiltərə Premyer Liqasında "VAR" sistemi tətbiq ediləcək

İngiltərə Premyer Liqasının klubları hakimlərə video-kömək sisteminin (VAR) tətbiqi lehinə səs veriblər.

Trend-in məlumatına görə, artıq növbəti mövsümdən Premyer Liqada "VAR" sistemi tətbiq ediləcək.

 

Qeyd edək ki, ötən mövsümdən "VAR" sistemi İtaliyan A seriyasında və Almaniya Bundesliqasında, bu mövsümdən isə İspaniya La Liqasında tətbiq edilir.

Hazırkı mövsümün əvvələrində İngiltərə Premyer Liqasında "VAR" sistemi test rejimində yoxlanılıb.