|
Sivasda hərbçiləri aparan avtobus aşıb

Türkiyənin Sivas vilayətində hərbçiləri aparan avtobus aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.

 

Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.