|
Deputat: Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var

Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

 

O qeyd edib ki, bunun üçün vəsait ayrılmalıdır: “Onların bir çoxlarının mənzilə ehtiyacı var".

T.Kərimli əlavə edib ki, bir sıra dövlət qurumlarında da əməkdaşlar mənzillə təmin olunur.