"Mançester Siti"nin futbolçusu Benjamin Mendi dizindən əməliyyat olunub.
Qol.az-ın xəbərinə görə, bu barədə fransalı müdafiəçinin özü sosial şəbəkədə məlumat verib. O, əməliyyatın uğurlu keçdiyini bilirib.
Britaniya mətbuatı B.Mendinin gələn il məşqlərə qayıdacağını yazıb.
Qeyd edək ki, B.Mendi 2017-ci ildən "Mançester Siti"də oynayır.
