|
“Taxt-tac oyunları” serialının son mövsümünün nümayişinin vaxtı açıqlanıb

“Taxt-tac oyunları” serialının sonuncu – səkkizinci mövsümünün nümayişi gələn ilin aprelindən başlanacaq.

Bu barədə layihənin rəsmi “Twitter” səhifəsinə yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, Corc Martinin “Buzun və alovun nəğməsi” əsəri əsasında ekranlaşdırılan serial indiyədək nüfuzlu “Emmi” premyerasında 10 nominasiya üzrə qalib gəlib.