|
Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Abıyev 3 il azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalından həbs olunub.

 

İttihama görə, bu il martın 22-də Binəqədi rayon ərazisində 2000-ci il təvəllüdlü H.Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanovu bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, H.Abıyevlə S.Süleymanov dost olub.