|
Nərimanov rayonunda mənzildə yanğın baş verib

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumaat əsasən, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.