İyunda 10 illik həyat yoldaşı Emina Yahovicdən ayrılan müğənni Mustafa Sandal tətilə yollanıb.
Bu barədə ifaçı özü məlumat verib. O, iki oğlu ilə baş-başa Londonda istirahət edəcəyini qeyd edib.
Xatırladaq ki, Eminadan ayrıldıqdan sonra adı bir çox gözəllə hallanan Mustafanın son olaraq aktrisa Cihan Ünalın qızı İrmak Ünalla eşq yaşadığı iddia olunub.
