|
Yeşim Salkımdan Gülbənə ağır sözlər

"Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" proqramına telefonla zəng edən Yeşim Salkım Gülbən Ərgəni tənqid edib. 
Sosial şəbəkədə bir qrup insan tərəfindən təcavüzə uğradığını dilə gətirən və Siber Suçlara şikayət etdiyini deyən Salkımın sözləri səs-küy yaradıb. 

Gülbənin onu "amazon döyüşçüsü"nə bənzətməsinə əsəbi cavab verən Salkım "Gülbən özünə amazon taxıb. Hər şeyi açıq-aşkar deyirəm. Verilişdə ona sual verilməsini özü qoşur. Mahnısı maraq doğurmayanda qalmaqala əl atır" sözlərini deyib.