|
Məşhur cütlük İstanbulu tərk etdi

Aktyor Ulaş İnan və həyat yoldaşı Algı Eke İstanbulu tərk edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili Datçaya köçüb.

Bir müddət əvvəl cütlüyün boşanacağı haqda iddialar yayılmışdı. Məlumata görə, Algı Ulaş tərəfindən şiddətə məruz qalmışdı. Lakin ikili xəbərlərin yalan olduğu haqda açıqlama vermişdi. 

 

Qeyd edək ki, Algı və Ulaş ötən ilin iyun ayında gizlicə ailə qurub.