|
Kuril adaları yaxınlığında zəlzələ baş verib

Rusiyaya məxsus Kuril adaları yaxınlığında 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, yaxınlığında yaşayan şəxslər təkanları hiss etmədiklərini bildirib.

 

Zəlzələ Simuşir adasından 123 km cənub-qərbdə 5.2 bal gücündə qeydə alınıb. Zəlzələnin hiposentri 137 km təşkil edib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.