|
79 yaşlı qadın pilləkəndən elə yıxıldı ki...

Tovuzda yaşlı qadın yıxılaraq xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

 

Kənd sakini, 1939-cu il təvəllüdlü Aslanova Xatun Əmiraslan qızı yaşadığı evin pilləkənindən yıxılıb.

Qadın sol ayağının sınığı və bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.