|
Bekhem cütlüyündən oğluna qeyri-adi hədiyyə

Viktoriya və Devid Bekhem 16 yaşlı oğlu Romeoya qeyri-adi hədiyyə bağışlayıb. 
Onlar övladı üçün ailəvi məkanları olan Kotsuoldsda tennis məkanı tikdiriblər. 

Bekhemlər bu məkana 30 min funt-sterlinq (təxminən 67 min manat) xərcləyiblər. Onlar məkanı tikdirməyi hələ mayda planlaşdırıblar. 
Viktoriya oğlunun Devid qədər dünyada idman sahəsində məşhur olmasına çalışır.