İraqda düşərgələrdə qalan azərbaycanlı uşaq və qadınların bir qrupu Azərbaycan tərəfinə təhvil verilib.
Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, digər azərbaycanlı uşaq və qadınların Azərbaycana qaytarılması ilə bağlı iş davam etdirilir.
