|
Türkiyədə narkotik alverçilərinə "divan tutuldu"

Türkiyənin Adana şəhərində polis xüsusi əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 25 nəfərin saxlanıldığı bildirilir.

Adana şəhər polisinin verdiyi məlumata görə, əməliyyata 350 polis cəlb olunub.

 

Qeyd edək ki, daha öncə Türkiyə DİN təkcə bu ilin yanvar-fevral aylarında 3722 kiloqram heroinin müsadirə olunması barədə xəbər vermişdi.