|
Səfir: İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır

İraqın Azərbaycanla çox dərin əlaqələri var və Azərbaycan İraqın regionda ən yaxşı tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad əl-Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, İraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır".