|
Sumqayıtda minik avtomobili yanıb

Sumqayıtda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qida batareyası qismən yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.