Logo

Bölmələr
  • Siyasət
  • Gündəm
  • Sosial
  • İqtisadiyyat
  • Hərbi
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Şou
  • Fotosessiya
  • Qadın
  • Sağlamlıq
  • Maraqlı
  • Kriminal
  1. CİA.AZ
  2. İdman
  3. İngiltərə Premyer Liqası: "Mançester Siti" "Sauthempton"u darmadağın etdi, "Çelsi" ikinci pilləyə yüksəldi
05.11.2018 - 08:36 |
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Sauthempton"u darmadağın etdi, "Çelsi" ikinci pilləyə yüksəldi

Bu gün İngiltərə Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, turnir cədvəlin liderlik edən "Mançester Siti" "Sauthempton"u qəbul edib. Oyun ev sahibinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: V.Xudt (6-cı dəqiqə, avtoqol), S.Aquero (12-ci dəqiqə), D.Silva (18-ci dəqiqə), D.İnqs (30-cu dəqiqə, penalti), R.Sterlinq (45+2 və 67-ci dəqiqələr), L.Sane (90+1-ci dəqiqə).

"Mançester Siti" 29 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Turun digər maraqlı qarşılaşması Londonda keçirilib. "Çelsi" klubu "Kristal Pelas"ı qəbul edib. Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: A.Morata (32 və 65-ci dəqiqələr), E.Tausend (53-cü dəqiqə), Pedro (70-ci dəqiqə).

Beləliklə, "Çelsi" xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlində 2-ci yerə yüksəlib.

 

 

  • Siyasət
  • Gündəm
  • Sosial
  • İqtisadiyyat
  • Hərbi
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Şou
  • Fotosessiya
  • Qadın
  • Sağlamlıq
  • Maraqlı
  • Kriminal