|
Kanada sakini lotereyada 7,3 milyon dollar udub

Kanadada yerli sakin lotereyada milli valyuta ilə 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub.

Bu barədə "Report" "Global News" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, 6/49 lotereyasının qalibi Ontario vilayətinin yerli London şəhərinin sakini olub. Bildirilir ki, 190 min dollar məbləğində daha bir uduşlu bilet internet vasitəsilə satılıb.

Bundan əlavə, Tander-Bey şəhərinin sakinlərindən biri də 76 min dollara yaxın məbləğdə uduşlu bilet alıb.