|
Sılaya dəstək olmaq istədi, lağa qoyuldu
Xəbər verdiyimiz kimi, müğənni Sılanın Ahmet Kural tərəfindən şiddətə məruz qalması neçə gündür gündəmi zəbt edib.
Model Çağla Şikel İnstaqram hesabında Sılaya dəstək olmaq üçün status yazıb. Bu zaman isə bütün sosial medianın dilinə düşüb. 

Belə ki, #ahmetkural əvəzinə, #ardakural həştağından istifadə edən modeli izləyicilər lağa qoyub. Aktyor Arda Kuralın özü də yazılanlara reaksiya verib. O, tvitter hesabında bu sözləri yazıb:

“Nə vaxt Sılanı döydüyümü xatırlamıram. Sevgili olduğumuzu belə indi öyrəndim”.