|
İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

İtaliyanın şimalında, Venesiya yaxınlığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb. "SIAI-Marchetti SF-260" təyyarəsində hadisə zamanı iki nəfər olub. Ehtimal olunur ki, onlardan biri təlimatçı-pilot olub.

 

Hadisənin səbəbləri araşdırılır.