|
Türkiyədə daha bir terrorun qarşısı alındı -

Türkiyənin şərqindəki Malatya əyalətində terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib.

Avtomobildə 28 kiloqram həcmində partlayıcı maddə olub.

 

Hadisə ilə əlaqədar 3 nəfər saxlanalıb.

Qeyd edək ki, ötən gün Mardin əyalətində də terror aktının qarşısı alınmışdı.