|
Fahriye Evcen hamilə olduqdan sonra ilk dəfə görüntüləndi

Aktrisa Fahriye Evcen hamilə olması xəbərindən sonra ilk dəfə görüntülənib.
3 aylıq hamilə aktrisa həyat yoldaşı Burak Özçivitlə Arnavutköy istiqamətində kameralara tuş gəliblər.

Jurnalistlərin suallarını ayaqüstü cavablandıran cütlük çox həyəcanlı olduqlarını bildiriblər.
"Tərifsiz bir hissdir. Çox xoşbəxtəm. Övladımı Türkiyədə dünyaya gətirəcəm", - deyə Evcen bildirib.

Burak isə hələlik istirahət etdiyini yeni ildən çəkilişlərə başlayacağını açıqlayıb.