|
Yaponiyada gənc xəstəxanadakıları bıçaqladı

Yaponiyanın Amaqasaki şəhərində xəstəxanaların birində bıçaqlı şəxs iki nəfəri yaralayıb.

Trend-in məlumatına görə, 28 yaşlı şəxs naməlum səbəblərdən ətrafdakılara hücum edib.

 

Yaralananlardan biri xəstəxananın əməkdaşı olub.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.