"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə kubokunda oyuna çıxıb.
Qol.az-ın məlumatına görə, London klubu 1/8 finalda doğma meydanda "Blekpul"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Arsenal" - "Blekpul" - 2:1
Qollar: Lixtştayner, 33 (1:0), Smit-Rou, 50 (2:0), Okonnor, 66 (2:1)
Bu qələbə Unay Emerinin komandası 1/4 finala yüksəlib. London təmsilçisi bu mərhələdə "Tottenhem"lə qarşılaşacaq.
