|
Parisdə iki təyyarə toqquşub

Fransanın paytaxtı Parisdə "Ruassi — Şarl de Qoll " hava limanında iki təyyarə toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

"Air France" aviaşirkətinə məxsus təyyarə dayanacaq yerini tərk etdikdən sonra uçuş-enmə zolağı istiqamətində hərəkət edib və dayanıb. Bu zaman arxadan keçən "Delta Air"in təyyarəsi birinci təyyarəyə qanadı ilə dəyib.

"Air France" təyyarəsinin uçuşu təxirə salınıb. Hadisə ilə bağlı araşdırma aparılır.