Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının başlama tarixi açıqlanıb.
Bu haqda festivalın rəsmi İnstaqram səhifəsində xəbər verilib. Bildirilib ki, tədbir iyulun 25-də start götürəcək. Dörd gün davam edəcək gecənin bağlanışı iyulun 28-nə planlaşdırılıb.
"Sea Breeze" istirahət mərkəzində keçiriləcək festivalın qonaqları arasında Rusiya şou-biznesinin nümayəndələri ilə yanaşı yerli məşhurlar da yer alacaqlar.
Qeyd edək ki, "Jara"nın digər təşkilatçıları Qriqori Leps və Sergey Kojevnikovdur. Bir müddət əvvəl məşhurlar "Jara 2019"a hazırlıqlara başladıqlarını açıqlamışdılar.
