|
AZAL Cenevrəyə ilk çarter reysini həyata keçirib

“Azərbaycan Hava Yolları" (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

Trend-in məlumatına görə, uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək. AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.

J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir)