|
Aktrisa illər sonra etiraf etdi

Aktrisa Şarliz Teron kanallardan birinə müsahibə verib. 
Aktrisa açıqlamaları ilə hamını çaş-baş salıb. Belə ki, o, illər əvvəl övladlığa götürdüyü Ceksonun əslində qız olduğunu deyib:

"Hər iki qızıma baxıram və bütün analar kimi mən də onlar üçün narahat oluram. İstəyirəm ki, onlar sağlam və xoşbəxt olsunlar. Onlara görə hər şey etməyə hazıram, hətta öldürməyə də".
Qeyd edək ki, Teron 2012-ci ildə Ceksonu, 2015-ci ildə Avqustanı övladlığa götürüb. O, Ceksonun oğlan olduğunu bildirib, lakin həmişə onu qız kimi geyindirib.